“Fransa Ukraynadakı müharibəyə qarışmağa hazırdır” - Kreml

16:12 - 7 İyun 2024

“Fransa Ukraynadakı müharibəyə qarışmağa hazırdır” - Kreml

Kreml Fransa prezidenti Emmanuel Makronun son bəyanatlarının Avropada gərginliyi “alovlandırdığını” və Fransanın Ukrayna münaqişəsində birbaşa rol oynamağa hazırlaşdığını göstərdiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya xəbər agentliklərinə açıqlamasında deyib.

O, açıqlamasında “Makron Kiyev rejiminə mütləq dəstək verir və Fransanın hərbi münaqişədə birbaşa iştiraka hazır olduğunu bəyan edir” deyib.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Peskov, "Biz düşünürük ki, bu bəyanatlar çox təxribatçıdır, qitədə gərginliyi artırır və müsbət heç nəyə gətirib çıxarmır".

Qeyd edək ki, Fransa lideri Ukraynanı dəstəkləməkdə qətiyyətlidir. Makron bu yaxınlarda müharibə vəziyyətində olan ölkəyə “Mirage” döyüş təyyarələri göndərəcəyini və ukraynalı pilotların hazırlanmasına kömək edəcəyini vəd edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin