Rusiya hərbi gəmiləri Kubaya gedir: ABŞ-dən reaksiya gecikmədi

16:45 - 7 İyun 2024

Rusiya hərbi gəmiləri Kubaya gedir: ABŞ-dən reaksiya gecikmədi

"ABŞ hakimiyyət orqanları Rusiya gəmilərindən ibarət dəstənin Kubaya səfəri ilə bağlı vəziyyəti izləyir, lakin bu hadisəni öz milli təhlükəsizliyinə təhdid kimi görmür".

 

Manset.az Oxu.az-a istinaədən xəbər verir ki, bu sözləri Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi yerli telekanalın efirində deyib:

"Biz onları diqqətlə izləyəcəyik... Bu hadisənin milli təhlükəsizliyimizə təhlükə törədəcəyini gözləmirik".

Xatırladaq ki, ötən gün Kuba Xarici İşlər Nazirliyi 2024-cü il iyunun 12-dən 17-dək Rusiya Hərbi Dəniz Qüvvələrinin dörd gəmidən ibarət qrupunun Havana limanına rəsmi səfər edəcəyini açıqlayıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin