“Lazım gəlsə, nüvə sınaqları keçirəcəyik” - Putin

19:09 - 7 İyun 2024

“Lazım gəlsə, nüvə sınaqları keçirəcəyik” - Putin

“Lazım gəlsə, nüvə sınaqları keçirəcəyik, hələlik buna ehtiyac yoxdur”.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq Forumunun plenar iclasında bildirib.

Putin deyib ki, Rusiya nüvə silahı ilə oynamır.

O, nüvə silahından istifadənin mümkün olduğu anın gəldiyini hesab etmir.

Putin Rusiyanın nüvə doktrinasına dəyişikliklər edilməsini istisna etməyib.

Rusiya Prezidenti qeyd edib ki, Baş Qərargahın fəaliyyət planı var və bu plan uğurla həyata keçiriləcək: “Rusiya qoşunları ilin əvvəlindən düşməni tədricən Donbasdan və digər ərazilərdən sıxışdırıb çıxarır, 47 yaşayış məntəqəsi azad edilib".

Putin əlavə edib ki, Ukraynadakı xüsusi əməliyyatla bağlı problemlərin həlli sürətləndirilə bilər, lakin rusiyalı hərbçilərin həyatı daha vacibdir.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin