Anar Ələkbərov Əminə Ərdoğanla görüşdü

20:52 - 7 İyun 2024

Anar Ələkbərov Əminə Ərdoğanla görüşdü

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

 

Manşet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Əminə Ərdoğan "X" platformasında bildirib.

Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb.

Bu kontekstdə əməkdaşlıq məsələləri müzakirə olunub.

"Bütün dünya liderlərini iqlim mövzusunda bir araya gətirən bu əhəmiyyətli Zirvəyə Azərbaycanın ev sahibliyi etməsindən duyduğumuz sevinci bir daha vurğuladım.

Türkiyə olaraq qardaş ölkəmiz Azərbaycanın daima yanındayıq", - Türkiyənin birinci xanımı paylaşımında qeyd edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin