Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin artıq İrəvana qayıdıb.
Manset.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır", - Mixail Qaluzin bildirib.
Qeyd edək ki, Kopırkin mayın 24-də məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı.