Ermənistan hökumətinin bu tarixdə  istefasına baxılacaq

23:19 - 10 İyun 2024

Ermənistan hökumətinin bu tarixdə  istefasına baxılacaq

İyunun 17-də Ermənistan parlamenti növbədənkənar iclasında hökumətin istefası ilə bağlı layihəyə baxacaq.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı parlamentin spikeri Alen Simonyan imzalayıb.

Məlumata görə, iclasda hökumətin istefası və yeni hökumətin formalaşdırılması zərurəti ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Ermənistan parlamentinin müxalifətdən olan 33 deputatı bu məqsədlə parlamentə müraciət edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin