Bu küçələr bağlıdır - SİYAHI
22 Oktyabr 2024
11:19 - 11 İyun 2024
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel arasında görüş keçiriləcək.
Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə 17:00-da CHP-nin Baş Qərargahında baş tutacaq.
Bu, Ərdoğanın CHP-nin Baş Qərargahına son 18 ildə edəcəyi ilk belə səfər olacaq. Belə ki, Türkiyə lideri 2006-cı ildə CHP-nin o dövrdəki sədri Deniz Baykalı ziyarət etmişdi.
Xatırladaq ki, Ərdoğanla Özel arasında ilk görüş mayın 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Baş Qərargahında keçirilmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin