Bakıda türkiyəli iş adamının meyiti tapıldı

10:17 - 14 İyun 2024

Bakıda türkiyəli iş adamının meyiti tapıldı

Bakıda mənzildən meyit tapılıb.
 

Manset.az xəbər verir ki, meyitin Türkiyə vətəndaşı 1984-cü il təvəllüdlü Serkan Harun oğlu Sökmenə məxsus olduğu müəyyələnşib.

S.Sökmenin meyiti Xətai rayonu Ramiz Quliyev küçəsi 69 ünvanında yaşadığı mənzildə tapılıb.

Meyit üzərində hər hansı xəsarət müəyyən olunmayıb. İlkin ehtimala görə, S.Sökmen ürəktutmasından dünyasını dəyişib.

Bildirilir ki, vəfat edən şəxs restoran biznesi ilə məşğul olub.

Onun atası Harun Sökmen Türkiyənin Kırklareli şəhərində tanınmış iş adamlarından biridir.

 


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin