Lotoreyadan 1 milyard pul qazandılar

13:57 - 14 İyun 2024

Lotoreyadan 1 milyard pul qazandılar

ABŞ-nin Miçiqan ştatında keçirilən “Powerball” lotereyasında kimin 842,4 milyon dollar (təxminnə 1 milyard 428 milyon 200 min manat) udduğu məlum olub.

 

Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, böyük mükafatın qalibləri “The Breakfast Club” qrupunun üzvləri olub. Klubun rəsmi olaraq üç üzvü olmasına baxmayaraq, lotereya rəsmiləri faktiki qaliblərin ər-arvad, üçüncü üzvün isə onların vəkili Mark Harder olduğunu söyləyib. Lakin şanslı qaliblərin kimliyi açıqlanmır.

Miçiqan qanunlarına görə, lotereya qalibləri öz şəxsiyyətlərini açıqlamalıdırlar, lakin anonimliyi qoruyaraq xüsusi klub yaratmaq və ictimai nümayəndəsi kimi vəkili elan etmək hüququna malikdirlər. Cütlüyün multimilyonçu olmasına səbəb olan çəkiliş yanvar ayında baş tutub. 842,4 milyon dollarlıq uduş dövlət rekordudur.

Lotereya təşkilatçıları bildiriblər ki, şanslılar pulu dərhal götürmək qərarına gəliblər.

Bu o deməkdir ki, onlar federal və əyalət vergilərinə məruz qalacaq məbləğin yalnız yarısını alacaqlar.  Bu, onların uduşlarını təxminən 305 milyon dollara qədər azaldacaq.

 

Fidan Əliyeva


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin