“Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı qürur səhifələrindən biridir. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonra keçən ilk iki il ərzində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər getdikcə qarşısıalınmaz xaotik proseslərin başlanmasına yol açmışdı. Bu vəziyyət isə öz növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə kiçik marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi xalqı gözləyən real perspektivlər idi”.
Bu sözləri mətbuata 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat xatırladıb ki,belə bir ağır məqamda Azərbaycan xalqı yeganə düzgün qərar qəbul edərək öz taleyini Heydər Əliyevə etibar etdi. “ Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqının parçalanması, Azərbaycan dövlətçiliyinin məhvi, Azərbaycan iqtisadiyyatının dağılması proseslərini dayandırmağa nail oldu. Beləliklə, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ilə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələyə keçid dövrü başlandı.”
K.Qafarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə dövlət müstəqilliyimizi gərgin səyləri bahasına qoruyub-saxladığı kimi, sovetlər dönəmində də bu müstəqilliyin ideoloji-siyasi əsaslarını hazırlamaq üçün uzun illər boyunca məqsədyönlü fəaliyyət göstərmişdir: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən işlər görülmüşdür. 1969-cu ilədək SSRİ-nin tərkibində ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya olan Azərbaycan həmin ilin iyul ayında- Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər nəticəsində sürətli inkişaf yoluna çıxdı. Ulu Öndər siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində mühüm addımlar atmağa başladı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey ən ciddi faktor rolunu oynadı. Qeyd olunmalıdır ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri oldular. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.”
K.Qafarov bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu da qeyd edib: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasət strategiyası Azərbaycanın getdikcə qüdrətlənməsini effektiv şəkildə təmin edir. Son 21 il ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, dünya ölkələri arasından tutduğu mövqeyinə və sahib olduğu nüfuzuna görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində, dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. Keçən il isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Ulu Öndərin hər zaman məhz belə görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz xilaskar oğlunu daim qəlbində yaşadacaq” .
“Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib” - Kamaləddin Qafarov
11:46 - 15 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
09 Sentyabr 2026 - 12:22
"Qalatasaray"ın "Sportinq"lə oyununu hansı kanaldan və saat neçədə izləyək?
09 Sentyabr 2026 - 14:58
“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - VİDEO
09 Sentyabr 2026 - 12:47
Azərbaycanda maaş artdı
09 Sentyabr 2026 - 10:03
Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Həlak olanların adları bilindi (VİDEO)
09 Sentyabr 2026 - 12:38
Sabah Bakıya yağış yağacaq - PROQNOZ
09 Sentyabr 2026 - 10:20
Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO
09 Sentyabr 2026 - 14:37
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 - 12:29
Şəkiyə evlilik ildönümünü qeyd etməkçün gedibmiş - DOST başsağlığı verdi
09 Sentyabr 2026 - 13:13
Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
09 Sentyabr 2026 - 12:19
Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI - Tros qırılıb, yoxsa?
09 Sentyabr 2026 - 17:35
Türkiyəli tanınmış iş adamı iki uşaqla oteldə tutuldu - Qandonduran hadisə
09 Sentyabr 2026 - 13:27
Read Qasımov vətəndaş qəbulu keçirdi - FOTOLAR
Xəbər xətti
- 10 Sentyabr 2026
- 01:30 Yuxusuzluğun əsas səbəblərindən biri açıqlandı
- 01:03 "Qalatasaray" "Sportinq"ə məğlub oldu
- 00:30 “Barselona” onu göndərməyə hazırlaşır
- 09 Sentyabr 2026
- 23:59 OpenAI 90 illik riyazi problemin həllini tapdı
- 23:56 "Putin anlaşma əldə etmək istəyir" - TRAMP
- 23:53 "Google"dan Finlandiyada süni intellekt sahəsinə böyük investisiya
- 23:53 2 küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- 23:48 Rusiyadan NATO iddiası - "Biz hazırıq!"
- 23:44 Banqladeşdə təlim zamanı tank partladı - Həlak olanlar var
- 23:42 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:38 Qatarla yük maşını toqquşdu - Ölən və xəsarət alanlar var
- 23:25 İsveç bu şəxslərə 37 min dollar verəcək
- 23:18 Qızılcadan ölən uşaqların sayı 999 oldu
- 23:10 Güclü yağışlar sel və sürüşmələrə səbəb oldu - 1 nəfər öldü
- 22:58 “Barselona” “Feyenoord”u darmadağın etdi
- 22:43 Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
- 22:23 Şamaxıda evdən meyit tapıldı
- 22:08 Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirdi - Ölənlər var
- 21:44 Şəmkirdə maşın anidən alışıb yandı - VİDEO
- 21:22 Xaricdən mal gətirənlərə mühüm xəbər - Qaydalar dəyişir
- 21:07 Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat etdi
- 20:53 Leyla Əliyeva Madriddə ispanca çıxış etdi - VİDEO
- 20:33 Bakı Hərbi Kollecinin kursantı vəfat etdi - FOTO
- 20:16 Bakıda kişi evində ölü tapıldı
- 19:52 Kabardin-Balkarda həlak olan alpinistlərin sayı ARTDI
- 19:32 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
- 19:14 Əli Əsədov QƏRAR imzaladı
- 19:11 Məktəb bufetlərində artıq bu qidalar satılmayacaq - Türkiyədə YENİLİK
- 18:51 Sabah bəzi ərazilərdə su olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 18:32 Ebola səngimək bilmir - Ölənlərin sayı 3267 oldu
- 18:22 İdlibdə güclü partlayış - 14 nəfər həlak oldu
- 18:14 Türkiyəli məşhur aktyor vəfat etdi - FOTO
- 18:12 Hazırda 18 yolda tıxac var - SİYAHI
- 17:55 Bakıda qətl törədən şəxsə hökm oxundu
- 17:45 İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
- 17:35 Türkiyəli tanınmış iş adamı iki uşaqla oteldə tutuldu - Qandonduran hadisə
- 17:27 "Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
- 17:15 Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara qeydiyyat başlayır
- 17:07 ""Qalatasaray" onun üçün doğru yer deyil" - Yeni namizədin klub rəhbərindən gözlənilməz sözlər
- 17:05 Qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
- 17:00 95 yaşlı diktorun vəziyyəti ağırdır
- 16:55 Hörmüz boğazında gərginlik artır - "Məhdudlaşdırılmış zona" yaradılacaq
- 16:45 Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlandı
- 16:36 Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
- 16:20 PKK tarixə qovuşur - VAXT AÇIQLANDI
- 16:02 Valideynin təhsili uşağı 4 il qabağa keçirir – NAZİR
- 15:54 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir?
- 15:37 “Birbank” taksit kartı sentyabrda daha çox qazandırır - 3% əlavə bonus
- 15:30 Qaley Allahverdiyevin “Azərbaycan Respublikasının dil siyasəti” kitabı nəşr olundu
- 15:24 Övladı 1-ci sinifə başlayan valideynlərə iş yerindən GÜZƏŞT - Azərbaycanda da gözlənilir?
- 15:15 Prezidentdən Şarovskinin vəfatı ilə bağlı NEKROLOQ