ABŞ-da konsert zamanı atışma - Ölənlər var

17:47 - 16 İyun 2024

ABŞ-da konsert zamanı atışma - Ölənlər var

ABŞ-ın Texas ştatının Round-Rok şəhərində konsert zamanı atışma baş verib, azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yerli polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, konsertdə iki tamaşaçı qrupu arasında dava düşüb və kimsə atəş açıb. Nəticədə bu mübahisədə iştirak etməyən şəxslər həlak olub.

Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər və onlar xəstəxanalara aparılıblar.

Polis hələ şübhəli şəxsi saxlamayıb. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin