Qəzzada ölənlərin sayı 37 mini ötdü

19:38 - 16 İyun 2024

Qəzzada ölənlərin sayı 37 mini ötdü

2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 37,3 mini keçib, daha 85,3 mini isə yaralanıb.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi Teleqram kanalında məlumat yayıb.

"Ötən ilin oktyabrından İsrailin Qəzzaya hücumu nəticəsində qurbanların sayı 37 min 337 nəfərə yüksəlib, daha 85 min 299 nəfər yaralanıb", - məlumatda deyilir.

Qeyd olunur ki, son 24 saat ərzində İsrail hərbçilərinin hücumları nəticəsində 41 fələstinli ölüb, daha 102 nəfər yaralanıb.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin