Əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verildi

12:59 - 17 İyun 2024

Əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verildi

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyi bu ilin yanvar-may aylarında əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, onlardan 4,1 mini təkərli oturacaq (o cümlədən 139-u mühərrikli təkərli oturacaq), 993-ü aşağı və yuxarı ətraf, habelə 1,2 mini eşitmə aparatı, 1,2 mini qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 3,7 min cüt protez və ortopedik ayaqqabı, 37 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 5 ayı ərzində ümumilikdə 6,9 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin