Ermənistan-Azərbaycan sərhədində atəşkəslə bağlı ikitərəfli mexanizm təklifi alqışlanmalıdır -

13:54 - 23 İyun 2024

Ermənistan-Azərbaycan sərhədində atəşkəslə bağlı ikitərəfli mexanizm təklifi alqışlanmalıdır - Aİ

Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifi alqışlanmalıdır.

 

Manset.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "X" səhifəsindəki paylaşımında yazıb.

"Aİ-nin Gürcüstandakı monitorinq missiyası 15 ilə yaxındır fəaliyyət göstərir və təcrübəsini bölüşməyə hazırdır", - o qeyd edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən son günlərdə atəşkəs rejimi mütəmadi olaraq pozulur.

İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin