İsrail müdafiə naziri ABŞ-a planlaşdırılmayan səfər edib

14:09 - 23 İyun 2024

İsrail müdafiə naziri ABŞ-a planlaşdırılmayan səfər edib

Bu gün İsrail müdafiə naziri Yoav Qallant Vaşinqtona səfər edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Qeyd edilib ki, öncədən planlaşdırılmayan səfərdə məqsəd ABŞ-ı böyük dağıdıcı gücə malik bombaları İsrailə göndərməyə razı salmaqdır.

Səfərdən öncə Yoav Qallant ABŞ-İsrail münasibətlərinin və səfərinin əhəmiyyətini vurğulayıb: “ABŞ-da yüksək vəzifəli şəxslərlə görüş gələcəkdə müharibə üçün həlledici əhəmiyyət daşıyır. Səfərim çərçivəsində Qəzza və Livanda hadisələrin inikşafı ilə bağlı müzakirələr aparmağı planlaşdırıram. İsrail Qəzza, Livan və digər bölgələrdə hadisələrin istənilən inkişaf ssenarisinə hazırdır. Qəzzada üçüncü mərhələyə keçid böyük əhəmiyyət daşıyır. Mən bu məsələni ABŞ-ın rəsmi şəxsləri ilə müzakirə edəcəm. Bilirəm ki, ABŞ-la bu məsələdə sıx əməkdaşlığa nail olacağıq”.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin