Yağış yağıb, şimşək çaxıb - Faktiki hava

12:45 - 24 İyun 2024

Yağış yağıb, şimşək çaxıb - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Bildirilib ki, iyunun 23-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Astarada 6 mm, Zaqatalada 5 mm, Lənkəranda 3 mm olub.

Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Aran rayonlarında 35, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin