Şahzadə yaddaşını itirdi

16:30 - 25 İyun 2024

Şahzadə yaddaşını itirdi

III Çarlzın bacısı Şahzadə Anna atın səbəb olduğu güman edilən kəllə-beyin travmasından sonra yaddaşını itirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Qlosterşir qraflığındakı “Anne's Gatcombe Park” malikanəsində baş verib.

Hadisənin dəqiq şəraiti açıqlanmır. Həkimlərin fikrincə, onun zədəsi atın baş və ya ayaq zərbəsi ilə uyğun gəlir. Hadisədən sonra zərərçəkmiş huşunu itirib. Onun üçün təcili yardım çağırılıb və o, Bristoldakı Southmead xəstəxanasına aparılıb.

Bukingem Sarayından bildirilib ki, şahzadə müvafiq müayinələr, müalicə və müşahidələr üçün xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, onun bu həftənin sonunda evə buraxılacağı gözlənilir.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin