"Qarabağ"ın potensial rəqibləri qarşılaşdı - Çempionlar Liqası

23:14 - 9 İyul 2024

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilib.

 

Manset.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın II raunddakı potensial rəqibləri də meydana çıxıblar.

Malta çempionu “Hamrun” doğma meydanda Cəbəllütariqin “Linkoln” komandasını qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab qarşılaşması iyulun 16-da reallaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin