Çin Türkiyəyə böyük sərmayə yatırımı edəcək

14:04 - 11 İyul 2024

Çin Türkiyəyə böyük sərmayə yatırımı edəcək

Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan BYD ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında BYD-nin böyük məbləğdə sərmayə qoyması üçün müqavilə imzalanıb. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin avtomobil nəhəngi ilə imzalar Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsindəki Dolmabahçedə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və BYD sədri Vanq Çuanfu tərəfindən imzalanıb. Müqavilə çərçivəsində BYD-nin Türkiyədə təxminən 1 milyard dollar sərmayə ilə illik 150 min avtomobil tutumu olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi qurması gözlənilir.

2026-cı ilin sonunda istehsalına başlanması planlaşdırılan obyektdə 5 min nəfərin birbaşa məşğulluğunun təmin edilməsi planlaşdırılır.

Qeyd edək ki, BYD Tesla-dan sonra dünyanın ikinci ən böyük elektrik avtomobil istehsalçısıdır; Hyundai, Toyota, Renault, Ford kimi xarici şirkətlərin də Türkiyədə istehsal etdiyi bildirilib.

BYD Auto Türkiye Modelleri ve Fiyat Listesi 2023 | İncehesap Blogu

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv