Qəbiristanlıqda son zəng çalındı - FOTO

00:30 - 31 May 2025

Qəbiristanlıqda son zəng çalındı - FOTO

Bu gün Ukrayna məktəblərində son zənglər çalınıb. 


Manset.az Lent.az-a istinadən bildirir ki, Ukrayna  Təhsil Nazirliyinin məlumatına görə, bu il 360 minə yaxın şagird məzun olub.

Regionlarda son zəng tədbiri fərqli olub. Məsələn, paytaxt Kiyevdə - açıq havada. Cəbhə bölgələrində - sığınacaqlarda və ya onlayn. Amma bəzi şəhərlərdə, kəndlərdə - nə musiqi, nə uşaq gülüşləri eşidilib. Çünki Rusiya ordusu məktəbləri dağıdıb, sinif yoldaşları isə düşmən gülləsindən ölüb.

Jitomir vilayətinin Korostışev şəhərində son zəng qəbiristanlıqda çalınıb.

Təzə çiçəklər və oyuncaq dağları arasında üç xaç yüksəlir. Martınyuk ailəsindən 17 yaşlı Roman, 12 yaşlı Tamara və 8 yaşlı Stanislav. Şəhəri top atəşinə tutan ruslar gecə - mayın 25-də uşaqları qətlə yetiriblər. Sinif yoldaşları, müəllimlər və dostlar matəm içindədir. Və qəbrin üstünə bir parça tort qoyurlar.

Dünən Tamaranın ad günü olmalı idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv