Türkiyə milli komandasının futbolçusu Merih Demiralın"Bozqurd" işarəsi ilə qol sevincinin əks-sədası davam edərkən, Almaniyada qalmaqallı qərar verilib .
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Bremen şəhərindəki məktəblərdə illərdir səs-küy salan uşaqları xəbərdar etmək üçün istifadə edilən "Səssiz tülkü" işarəsi"Bozqurd" işarəsinə bənzədiyi üçün qadağan edilib.
Bildirilib ki, Bremendən olan alman ailələr uzun müddətdir ki, bu işarənin icrasına son qoyulmasını tələb edirlər.
Bu qadağa Almaniyada daha geniş müzakirələrə səbəb olub.
Fidan Əliyeva
Manşet.az