Rusiyada deputatı döyüb, başını yardılar - FOTOLAR

10:49 - 19 İyul 2024

Rusiyada deputatı döyüb, başını yardılar  - FOTOLAR

Rusiyanın Samara vilayətində Kommunist Partiyası fraksiyasının üzvü, ksenofob və antiislam mövqeyi ilə tanınan deputat Mixail Matveyev miqrant tərəfindən döyülüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı deputat özü Teleqram kanalında məlumat yayıb, başının sarğıda olan fotosunu, həmçinin video da yerləşdirib.

Özünün iddiasına görə, ərazidən keçərkən dəyənəklə “silahlanmış” üç miqrantın yoldan keçən insanları qorxutduqlarını görüb və sürücüdən maşını dayandırmağı istəyib.

Daha sonra deputat maşından enib və qısa söhbətdən sonra onun başına dəyənəklə zərbə endirilib.

O, hadisədən sonra əraziyə polis və təcili tibbi yardım çağırdığını və onların da əraziyə olduqca gec gəlməsindən şikayətçi olduğunu bildirib.

Qeyd edək ki, Matveyev bundan öncə İslam dinini təhqir etdiyinə görə, Çeçenistan lideri Ramzan Kadırovdan üzr istəməyə məcbur olmuşdu.

Dövlət Dumasının deputatı Mixail Matveyev Samarada döyülüb - 19 iyul 2024 - 63.ru

Депутата Госдумы Михаила Матвеева избили в Самаре 18 июля 2024 года: что  случилось, причины - KP.RU

S.K.: Samarada deputat Matveyevə hücum edənlər saxlanılıb, cinayət işi açılıb

 

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az