Dünyanın ən bahalı qapıçıları müəyyənləşdi

17:08 - 19 İyul 2024

Dünyanın ən bahalı qapıçıları müəyyənləşdi

Dünyanın ən bahalı qapıçıları müəyyənləşib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Gürcüstan millisinin üzvü Georgi Mamardaşvili və Portuqliya yığmasının qolkiperi Dioqu Koşta AVRO-2024-dən sonra dünyanın ən bahalı qapıçıları olub.

23 yaşlı gürcüstanlı qapıçı siyahıda birinci, Portuqaliya yığmasının 24 yaşlı üzvü isə ikinci pillədə yer alıb. Hər iki qapıçın qiyməti 45 milyon avro olaraq dəyərləndirilib. 3 və 4-cü yerlərdə müvafiq olaraq Fransanın PSJ klubundan Canluici Donnarumma, Almaniya təmsilçisi "Borussiya"dan (Dortmund) Qreqor Kobel yer alıb. Bu qapıçıların qiyməti isə 40 milyon avro olaraq dəyərləndirilib.

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında Gürcüstan millisi İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Ümumilikdə AVRO-2024-də Gürcüstan komandasının keçirdiyi 4 oyunun hamısında iş başında olan G.Mamardaşvili 29 seyvlə yadda qalıb ki, bu da yarışın rekordu olub.

 

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az