Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşdü - FOTO

10:39 - 31 İyul 2024

Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşdü - FOTO

Tehrana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 31-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

 

Bu barədə Manset.az-a Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb.

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.

Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.



Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin