“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu
13 Oktyabr 2024
10:49 - 3 Avqust 2024
Macarıstanın "Wizz Air" aviaşirkəti Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar İsrail və İordaniyaya uçuşları avqustun 4-dək dayandırıb.
Manset.az xəbər verir ki, bu barədə aviaşirkət X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Regiondakı vəziyyətin pisləşməsi ilə əlaqədar Wizz Air avqustun 4-ü daxil olmaqla, İsrail və İordaniyaya uçuşları müvəqqəti olaraq dayandıracaq”, - mesajda qeyd edilib.
Bildirilib ki, aviaşirkətin sərnişinləri biletləri qaytararkən kompensasiya ala biləcəklər.
Wizz Air ilə yanaşı, KLM, ITA Airways və Air India kimi aviadaşıyıcılar daha əvvəl İsrailə uçuşları müvəqqəti dayandırdığını elan etmişdilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin