Bu küçələrdəki COP29 zolaqlarına avtomobillər daxil ola bilər - SİYAHI
15 Oktyabr 2024
16:44 - 5 Avqust 2024
Fransa siyasi böhran içindədir. Siyasi sinif ölkənin Baş naziri vəzifəsinə namizədlər irəli sürsə də, hələlik razılıq əldə olmayıb. Emmanuel Makronun elan etdiyi “Olimpiya Oyunları dövründə sülh” artıq sona yaxınlaşdıqca danışıqlar sürətlənir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, E. Makron Olimpiya Oyunlarından sonra - avqustun ortasında Baş nazir təyin edəcəyini bildirmiş və Respublikaçıları bu müddət ərzində kompromisə getməyə çağırmışdı. İndi keçmiş hökumət üzvləri cari işlərlə məşğul olur və pərdəarxası danışıqlar gedir.
Parlament seçkilərində səs çoxluğu qazanmış Yeni Xalq Cəbhəsi Baş nazir vəzifəsinə Lüsi Kastetin namizədliyini irəli sürüb. Lakin onun namizədliyi E. Makron tərəfindən qəti etirazla qarşılanıb. Siyahıda, həmçinin “Hauts de France” regionu Respublikaçılarının sədri Ksavye Bertranın və Avropa İttifaqının Brexit üzrə məruzəçisi, sabiq nazir Mişel Barnyenin adları yer alır. Prezidentin yaxın dostunun məlumatına görə, növbəti hökumət başçısından “birgəyaşayış qoxusu” gəlir.
Fransanın yeni Baş naziri mümkün olmayan bir missiyada uğur qazanmalı olacaq. O, üç bloka bölünmüş Milli Assambleyada qanunların qəbul edilməsi üçün koalisiyalar tapmalı və tənqiddən qaçmalıdır. Buna görə də Emmanuel Makron ölkəni Milli Assambleyanın buraxılmasından irəli gələn siyasi dalandan çıxarmaq üçün qeyri-adi, unikal və nadir bir namizəd axtarır.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin