Valideynlərini qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

19:58 - 6 Avqust 2024

Valideynlərini qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

Bu il aprelin 19-da Sumqayıt şəhəri ərazisində Hakim Məmmədov və Zərifə Məmmədovanın öldürülmələrinə dair Şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

 

Sumqayıt Şəhər Prokurorluğundan Manset.az-a bildirilib ki, ibtidai istintaq zamanı 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun aralarında baş verən mübahisə səbəbindən Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən mənzillərdən birində aşkar surətdə köməksiz vəziyyətdə olan atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Fikrət Məmmədova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) və digər maddələri ilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin