Məşhur Tesla avtomobili ilk dəfə ölümcül qəzaya uğradı - FOTO

16:04 - 7 Avqust 2024

Məşhur Tesla avtomobili ilk dəfə ölümcül qəzaya uğradı - FOTO

Tesla markalı Cybertruck avtomobili ABŞ-nin Texas ştatında ilk dəfə ölümcül qəzaya uğrayıb. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəzadan sonra başlayan güclü akkumulyator yanğını avtomobilin sahibini diri-diri yandırıb. Bu elektriklə işləyən avtomobildə ilk ölümcül qəza olduğu güman edilir. 

Dövlət rəsmiləri bildiriblər ki, elektriklə işləyən avtomobil beton drenaj kanalına və ya suötürücü boruya dəydikdən sonra alovlanıb və sahibi avtomobildə sıxışıb və kül olub.
Həmçinin bildirilib ki, yanıq xəsarətləri səbəbindən sürücünün ilkin olaraq şəxsiyyətini müəyyən etmək mümkün olmayıb, yanğın səbəbindən avtomobilin VİN nömrəsi gizlədilib və şəxsiyyətin müəyyənləşdirilməsinə mane olub.

Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) da ölümlə nəticələnən qəzanın səbəbini araşdırır.

Sürücünün idarəetməni itirərək yoldan çıxmasına nəyin səbəb olduğu hələlik məlum deyil.

Bu hadisə Teslanın sahibi İlon Maskın bir vaxtlar "qiyamətə davamlı" kimi təriflədiyi Cybertruck-da təhlükəsizlik qüsurları ilə bağlı çoxsaylı qəzalardan biri kimi qeydə alınıb.

Şəkil fonu

Şəkil fonu

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

10 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin