Rusiyanın bu vilayətində fövqəladə vəziyyət ELAN EDİLDİ

01:00 - 8 Avqust 2024

Rusiyanın bu vilayətində fövqəladə vəziyyət ELAN EDİLDİ

Rusiyanın Kursk vilayətində fövqəladə vəziyyət elan edilib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə qərarı vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov qəbul edib.

O, Ukrayna silahlı qüvvələrinin hücumunun nəticələrini aradan qaldırmaq üçün fövqəladə vəziyyət tətbiq edib.

Qeyd edək ki, Rusiya Ukraynanın Kursk vilayətinə hücum etdiyini, bölgədə döyüşlərin getdiyini bildirib.

Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da saat 5:30-da Kursk vilayətində hücuma keçib. Hücumda iştirak edən Ukrayna hərbçilərinin sayı təxminən min nəfər olub. Hazırda Kursk vilayətinin sərhədə bitişik ərazilərində toqquşmalar davam edir.


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin