İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Manset.az xəbər verir ki, F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq.
Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.