Türkiyə XİN Əl-Əqsada baş verənlərlə bağlı bəyanat yaydı

19:55 - 13 Avqust 2024

Türkiyə XİN Əl-Əqsada baş verənlərlə bağlı bəyanat yaydı

Türkiyənin Xarici İşlər Nazirliyi   Məscidül-Əqsada baş verənlərlə bağlı bəyanat yayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda aşağıdakı ifadələr yer alıb:

"Nazirlər də daxil olmaqla yüzlərlə radikal israillinin polisin himayəsi altında Məscidül-Əqsaya basqın etməsi Qüdsün tarixi statusunu pozan təxribatdır və bölgəmizdə gərginliyi daha da artıracaq. Bu təxribatçı hərəkət İsrail tərəfinin sülhə nail olmaq niyyətində olmadığını bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyət İsrail hökumətinin Qəzzada törətdiyi vəhşilikləri dayandırmaq və bütün regionumuzun sabitliyini hədəf alan bu cür hərəkətlərin qarşısını almaq üçün təcili tədbirlər görməlidir" .

Manşet.az


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin