Su quyusuna düşən ata və qızın meyitləri çıxarıldı - YENİLƏNİB

16:16 - 14 Avqust 2024

Su quyusuna düşən ata və qızın meyitləri çıxarıldı - YENİLƏNİB

Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb.


Manset.az xəbər verir ki, xilasedicilər su quyusunda 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyitini aşkar ediblər.

Daha əvvəl isə N.Məmmədovanın atası H.Məmmədovun meyiti su quyusunda aşkar edilərək çıxarılıb.

Hər iki meyit müayinə olunması aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

15:10

Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb.

Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitin aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.



Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin