Türkiyənin məşhur aktyoru evində huşunu itirmiş vəziyyətdə tapılıb.
Manset.az-ın xarici mediyaya istinadən məlumatına görə, Yeçilçamın tanınmış aktyoru Aydemir Akbaş evində huşunu itirmiş vəziyyətdə tapılıb. O dərhal xəstəxanaya qaldırılıb. Bu barədə məlumatı aktyorun dostu məşhur müğənni İbrahim Tatlısəs də təsdiq edib. O Akbaşı sevənləri dua etməyə çağırıb.
Qeyd edək ki, tanınmış Yeçilçam aktyoru Aydemir Akbaş bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir.
Manşet.az