logo
logo logo
logo

Nobel mükafatının məbləği artırıldı

22:16 - 18 Sentyabr 2026

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə Nobel mükafatının məbləğini hər kateqoriya üzrə 12 milyon krona (1,22 milyon dollar) qədər artırmaq qərarına gəlib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə fondun yaydığı press-relizdə bildirilib.

    Fondun məlumatına görə, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb.

    Qeyd olunub ki, 1901-ci ildə ilk Nobel mükafatları təqdim edilərkən hər kateqoriya üzrə mükafatın məbləği 150782 kron təşkil edib. Son 15 ildə mükafatın məbləği dəfələrlə dəyişdirilib. 2012-ci ildə məbləğ 10 milyon kronadan 8 milyon krona endirilib. Həmin vaxtdan mükafatın məbləği üç dəfə artırılıb.

    Qeyd edək ki, bu il Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək açıqlanacaq.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az