Qanı tər-təmiz edən təbii çay

08:30 - 16 Avqust 2024

Qanı tər-təmiz edən təbii çay

Pis ekoloji şərait, düzgün olmayan qidalanma, suyun az miqdarda qəbulu, bağırsaqların, qaraciyərin, böyrəklərin fəaliyyətində problemlər qanın tərkibinə çox mənfi təsir edir.

 

Manset.az Saglamolun.az-a istinadən bildirir ki, toksinlər, şlaklar, viruslar və s. ziyanlı agentlər qanda toplanaraq orqanizmin xroniki intoksikasiyasına səbəb olur. Xroniki intoksikasiyanın əsas əlamətləri:

- dərinin və saçların vəziyyətinin pisləşməsi - saçlar cansız və solğun olur, tökülür, dəridə səpgilər, civzələr, ləkələr əmələ gəlir

- səbəbsiz yorğunluq, zəiflik və yuxululuq

- baş ağrıları

Xalq təbabəti qanı təmizləmək üçün müxtəlif effektli vasitələri təqdim edir. Bu vasitələrdən biri itburnu ilə zəncəfilin dəmləməsidir.

2 x.q. itburnu əzilir, 4-5 sm uzunluqda təzə zəncəfil kökü sürtgəcdən keçirilir. İtburnu və zəncəfil termosa tökülür, üzərinə yarım l isti su tökülür. Dəmləməni axşamdan hazırlayın, səhər bir neçə qat tənzifdən 2 dəfə süzün və gün ərzində hər dəfə yarım stəkan olmaqla için. Axşam yeni dəmləmə hazırlayın.

Dəmləməni hər gün 1 həftə ərzində için.

Sizdə hər hansı xroniki xəstəliklər varsa, dəmləmədən istifadə etdikdən əvvəl müalicə həkiminizlə məsləhətləşin.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az