İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür
15 Oktyabr 2024
18:49 - 19 Avqust 2024
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin rayonun Məmmədabad, Əliabad, Genişkənd, Qara Nuru, Əbil, Cəfərxan, Sarıcalar və Qazanbatan kəndlərinin seçiciləri ilə görüşləri keçirilib.
Manset.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov parlament seçkilərinin önəmindən bəhs edib, partiyanın seçki platforması haqqında ətraflı məlumat verib.
Deputatlığa namizəd Əziz Ələkbərli bildirib ki, bu gün bütün sahələr üzrə əldə olunan uğurların əsasını Prezident İlham Əliyevin yürütdüyü siyasət təşkil edir: “Dövlət başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafını təmin edir. Azərbaycan müstəqil dövlət kimi dünyada yüksək nüfuza malikdir. Yeni dönəmdə Azərbaycanın qüdrəti daha da artacaqdır”.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Bəylər Əliyev, Adil Səfərov və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin