Alman avtomobil istehsalçısı "BMW" həm ABŞ, həm də Çində avtomobillərinin kütləvi şəkildə geri çağırılmasına səbəb olan ciddi problemlərlə üzləşib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ-də "BMW" qısaqapanma təhlükəsi səbəbindən 720,8 min avtomobili geri çağırıb. Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsindən verilən açıqlamaya görə, geri çağırma soyuducu nasosun elektrik birləşdiricisinin düzgün izolyasiya edilməməsi ilə əlaqədardır. Nəm konnektora daxil ola bilər və qısa qapanmaya səbəb ola bilər.
Çində isə "BMW" 1,36 milyon avtomobili geniş miqyasda geri çağırdığını elan edib.
1,36 milyon avtomobili geniş miqyasda geri çağırdığını elan edib. Geri çağırılmaya səbəb Yaponiya istehsalçısı “Takata”nın qüsurlu hava yastığı olub.
"Takata" təhlükəsizlik yastıqları ilə bağlı problem ondadır ki, detonator artan güclə qəza zamanı nasaz ola və partlaya bilər ki, bu da ciddi xəsarət və bəzi hallarda ölümlə nəticələnə bilər.
Çində geri çağırma 2003-2017-ci illər arasında istehsal edilmiş avtomobillərə aiddir. Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası bildirir ki, istehsalçı qüsurlu təhlükəsizlik yastıqlarının pulsuz dəyişdirilməsini təmin edəcək.
Fidan Əliyeva
Manşet.az