İranın paytaxtı Tehranda fəaliyyət göstərən Alman Dili İnstitutu bağlanıb.
Manset.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bu hadisədən sonra İranın Almaniyadakı səfiri İran hökumətinin Alman Dili Tədqiqatları İnstitutunu bağlamaq qərarı ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, Almaniya İranın “Alman Dili İnstitutu”nu bağlamasını pisləyib. Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, İnstitutun insanların çətin şəraitdə dil öyrənmək üçün şəxsi səy göstərdiyi məşhur və tanınmış görüş yeri olduğu və eyni zamanda bu əlaqəni gücləndirməyi hədəflədiyi bildirilib.
Bəyanatda deyilir:
“İran təhlükəsizlik orqanlarının Tehran Alman Dili İnstitutuna qarşı hərəkətini pisləyirik. “Buna heç bir şəkildə haqq qazandırmaq olmaz”.
Fidan Əliyeva
Manşet.az