McDonald's rəsmi "İnstagram" hesabı bir qrup haker tərəfindən ələ keçirilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 5 milyondan çox izləyicisi olan hesabı sındırdıqdan sonra oğrular oradan satış etməyə başlayıblar.
Haker qrupunun "McDonald's" instagramından 700 min dollar pul oğurladığı ortaya çıxıb.
Belə ki, onlar həmin hesabda "700 min dollara görə təşəkkür edirik" yazsını paylaşıblar.