Dünən Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verildi.
Manset.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
Türkiyə “Qalatasaray”ı İsveçrə “Younq Boyz”u ilə bu dəfə İstanbulda qarşılaşıb. Görüşdə “Younq Boyz” 0:1 hesablı qələbəyə sevinib.
Bu komandalar arasında ilk oyunda “Younq Boyz” 3:2 hesabı ilə qalib gəlmişdi. İsveçrə klubu ümumilikdə 4:2 hesablı qələbə ilə liqa mərhələsinə vəsiqə qazanıb. “Qalatasaray” isə yoluna Avropa Liqasının qrup mərhələsində davam etməli olacaq.
Həmçinin bu gün “Sparta” və “Zalsburq” da əsas mərhələyə vəsiqə qazanıb.