Trump Bayden və Harrisi həyatına qəsddə günahlandırdı

16:15 - 28 Avqust 2024

Trump Bayden və Harrisi həyatına qəsddə günahlandırdı

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp iyulda ona qarşı sui-qəsd cəhdində hazırkı prezident Co Bayden və vitse-prezident Kamala Harrisi qismən günahlandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Tramp media nümayəndələrinə açıqlamasında qeyd edib:

"Məncə, müəyyən dərəcədə bu, Baydenin və Harrisin günahıdır. Onlar hökuməti mənə qarşı silahlandırırdılar, məni ələ keçirmək üçün bütün Ədliyyə Departamentini cəlb etdilər, sağlamlığım və təhlükəsizliyimlə o qədər də maraqlanmadılar", - deyə Tramp qeyd edib. 

Xatırladaq ki, Trampın həyatına sui-qəsd iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə baş verib. Eks-prezident qulağından yüngül xəsarət alıb. Hücum edən 20 yaşlı Tomas Metyu Kruks Məxfi Xidmət əməkdaşları tərəfindən öldürülüb. 


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin