ABŞ prezidentliyinə namizəd Kamala Harris bildirib ki, ABŞ prezidenti seçiləcəyi təqdirdə İsrailin müdafiəsini dəstəkləməyə və təmin etməyə davam edəcək.
Manset.az xəbər verir ki, Harris bu barədə "CNN"-ə açıqlamasında qeyd edib.
"Mən qeyd-şərtsiz İsrailin müdafiəsinə sadiqəm. Və bu, dəyişməyəcək", - Harris bildirib.
Bununla yanaşı o, atəşkəs və HƏMAS hərəkatının Qəzza zolağında saxladığı girovların azad edilməsi haqqında sazişin bağlanmasının zəruriliyini bəyan edib:
"Döyüşlər dayandırılmalıdır. Biz girovların azad edilməsinə imkan verəcək razılaşma əldə etməliyik", - o əlavə edib.
Fidan Əliyeva
Manşet.az