Harris ABŞ prezidenti seçilərsə, İsraili dəstəkləyəcək

10:45 - 30 Avqust 2024

Harris ABŞ prezidenti seçilərsə, İsraili dəstəkləyəcək

ABŞ prezidentliyinə namizəd Kamala Harris bildirib ki, ABŞ prezidenti seçiləcəyi təqdirdə İsrailin müdafiəsini dəstəkləməyə və təmin etməyə davam edəcək.

 

Manset.az xəbər verir ki, Harris bu barədə "CNN"-ə açıqlamasında qeyd edib.

"Mən qeyd-şərtsiz İsrailin müdafiəsinə sadiqəm. Və bu, dəyişməyəcək", - Harris bildirib. 

Bununla yanaşı o, atəşkəs və HƏMAS hərəkatının Qəzza zolağında saxladığı girovların azad edilməsi haqqında sazişin bağlanmasının zəruriliyini bəyan edib:

"Döyüşlər dayandırılmalıdır. Biz girovların azad edilməsinə imkan verəcək razılaşma əldə etməliyik", - o əlavə edib.

 

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin