Fransanın keçmiş Baş naziri Eduard Filip prezidentliyə namizədliyini irəli sürəcək.
Manset.az xəbər verir ki, bu barədə o, "Le Point"-ə müsahibəsində məlumat verib.
“Namizədliyimi növbəti prezident seçkilərində irəli sürəcəyəm”,- o bildirib.
Qeyd edək ki, Eduard Filip Fransada 2017-2020-ci illərdə Baş nazir vəzifəsini icra edib.
Xatırladaq ki, Fransada növbəti prezident seçkiləri 2027-ci ilin aprelində keçiriləcək.
Konstitusiyanın 6-cı maddəsinə əsasən, prezident ardıcıl üçüncü dəfə seçilə bilməz, ona görə də hazırkı dövlət başçısı Emmanuel Makron namizədliyini irəli sürə bilməyəcək.
Fidan Əliyeva
Manşet.az