Avqustun 11-də İSTAD – İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin qonağı olub.
Manset.az ATXƏM İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, səfər Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin ildönümü münasibətilə gerçəkləşib. Tədbir iştirakçıları Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanların ruhunu yad ediblər.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq 15 sentyabrda Bakının işğaldan azad edilməsinin ildönümünü hər il bayram kimi qeyd etdiyini vurğulayıb. İ.İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Nuru Paşanın rəhbərliyi altında Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasının tarixi əhəmiyyətini qeyd edib, misilsiz qəhrəmanlıqlarından danışıb. O, Azərbaycan-Türkiyə dostluq və qardaşlığına toxunaraq qeyd edib ki, iki ölkə arasındakı münasibətlər bütün dünya üçün örnəkdir.
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinın sədri Səfər Karakoyunlu çıxış edərək dərnək adından ATXƏM sədri İ.İsmayılova səmimi qarşılanma və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının əbədi olduğunu qeyd edib. Qonaqlar ATXƏM sədri İ.İsmayılova xatirə hədiyyələri təqdim ediblər.
Məlumata görə, qonaqlar proqram müddətində Şuşa şəhərini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər. Daha sonra Şəhidlər Xiyabanında Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə və İkinci Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarı da ziyarət olunacaq.
Tədbirdə Türkiyə səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir və digər tanınmış QHT və mətbuat orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbirin sonunda qonaqların şərəfinə ziyafət verilib.
Bakının azad edilməsinin ildönümü ərəfəsində ATXƏM-in təşkilatçılığı ilə tədbir keçirildi — FOTOLAR
18:27 - 12 Sentyabr 2024
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
01 Noyabr 2025 - 18:37
Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR
01 Noyabr 2025 - 17:14
Azərbaycanda nazir və daha bir yüksək vəzifəli şəxs işdən çıxarılacaq
01 Noyabr 2025 - 16:11
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatdı - FOTO
01 Noyabr 2025 - 15:21
Vəkillər Kollegiyasının sədr müavini beynəlxalq konfransda çıxış etdi - FOTOLAR
01 Noyabr 2025 - 14:28
Amil Yusifov Qazaxıstanın “Hörmət” ordeni ilə təltif edildi - FOTO
01 Noyabr 2025 - 14:09
Bakı metrosunda YENİLİK
01 Noyabr 2025 - 13:31
Meyitdən ürək köçürülən 21 yaşlı oğlanın atası DANIŞDI
01 Noyabr 2025 - 13:17
Bazar günün HAVASI
01 Noyabr 2025 - 12:20
Noyabrda 12 gün iş olmayacaq
01 Noyabr 2025 - 11:59
Verilişin adından 100 manatlıq saxtakarlıq - VİDEO
01 Noyabr 2025 - 11:45
Bakıda hərbi parada hazırlıq başlayıb - VİDEO
01 Noyabr 2025 - 10:58
"TikTok"da dələduzluq edən şəxs saxlanıldı
Xəbər xətti
- 01 Noyabr 2025
- 18:37 Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR
- 18:19 Moskvada miqrantlar üçün patent haqqı artdı
- 17:54 İran-İraq sərhədində güclü zəlzələ oldu
- 17:41 Evdən gənc oğlanın meyiti tapıldı - Tovuzda DƏHŞƏT
- 17:23 Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto PAYLAŞDI
- 17:14 Azərbaycanda nazir və daha bir yüksək vəzifəli şəxs işdən çıxarılacaq
- 16:57 Sahibə Qafarova Misirdədir - FOTO
- 16:44 Naxçıvanda polis əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
- 16:31 "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
- 16:11 Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatdı - FOTO
- 15:51 Qırğızıstanda məktəbdə 58 nəfər zəhərləndi
- 15:38 Bəhram Bağırzadədən izləyicilərinə xəbərdarlıq
- 15:21 Vəkillər Kollegiyasının sədr müavini beynəlxalq konfransda çıxış etdi - FOTOLAR
- 14:59 ABŞ-də partlayış - Yaralılar var
- 14:42 Tbilisidə son beş gündə 29 etirazçı saxlanılıb
- 14:28 Amil Yusifov Qazaxıstanın “Hörmət” ordeni ilə təltif edildi - FOTO
- 14:09 Bakı metrosunda YENİLİK
- 14:00 Rusiya Ukraynanı “İsgəndər” raketi ilə vurdu
- 13:51 Allahşükür Paşazadə Roma Papası ilə görüşdü - FOTOLAR
- 13:38 Putindən İradə Zeynalova ilə bağlı FƏRMAN
- 13:31 Meyitdən ürək köçürülən 21 yaşlı oğlanın atası DANIŞDI
- 13:28 Vilayət Eyvazov Kürdəmirdə sıra baxışı keçirdi - VİDEO/FOTO
- 13:17 Bazar günün HAVASI
- 13:01 Türkiyənin tanınmış aktyoru vəfat etdi - FOTO
- 12:50 Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
- 12:36 Azərbaycanda bu şəxslər üçün 10 milyon manatdan çox pul ayrılacaq
- 12:20 Noyabrda 12 gün iş olmayacaq
- 11:59 Verilişin adından 100 manatlıq saxtakarlıq - VİDEO
- 11:45 Bakıda hərbi parada hazırlıq başlayıb - VİDEO
- 11:38 Sərhəddə 8,2 milyon manatlıq qaçaqmal əməliyyatı
- 11:23 “Çelsi”dən “Qarabağ”a BİLDİRİŞ
- 11:15 İlham Əliyev həmkarını təbrik etdi
- 10:58 "TikTok"da dələduzluq edən şəxs saxlanıldı
- 10:39 Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı – YENİ TƏYİNAT
- 10:17 “Karvan-Yevlax” “Zirə”yə - “Neftçi” “Kəpəz”ə qarşı
- 10:08 Dünya bazarlarında neftin QİYMƏTİ
- 09:55 Həftəsonu yollarda diqqətli olun - DYP-dən ÇAĞIRIŞ
- 09:41 Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO
- 09:35 Kişi sevgilisini "TikTok"a görə döydü - Məhkəməlik oldular
- 09:11 "Dedi ki, kişilərlə danışırsan..." - Xaçmazdakı qətlin TƏFƏRRÜATI
- 09:03 Hikmət Hacıyevdən diplomatların səfəri ilə bağlı PAYLAŞIM
- 08:30 Yalanı tərgitmək üçün nə etmək lazımdır?
- 08:00 Yaddaş üçün möcüzəvi qida
- 07:30 Noyabr üçün maqnit qasırğası təqvimi - Kim risk altındadır?
- 01:30 "Qalatasaray" bu futbolçunu heyətinə qatmaq istəyir
- 00:30 Əslində insana nə qədər yatmaq lazımdır? - Alim izah edir
- 31 Oktyabr 2025
- 23:58 Türkiyədə partlayış - Yaralılar var
- 23:37 Azərbaycanla Britaniya arasında konsulluq məsləhətləşmələri keçirildi
- 23:21 Maduro bu ölkələrdən hərbi dəstək istədi
- 22:54 "Rusiya-Ukrayna müharibəsinin həllində müəyyən çətinliklər var"
- 22:38 Slovakiya səfiri Azərbaycana təşəkkür etdi