Azərbaycanda dəhşətli hadisə: 3 nəfəri “tok” vurub öldürdü

18:29 - 23 Sentyabr 2024

Azərbaycanda dəhşətli hadisə: 3 nəfəri “tok” vurub öldürdü

Şəmkirdə üç nəfəri elektrik cərəyanı vurub öldürüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.

Dəmir nərdivanın elektrik xəttinə toxunması nəticəsində 3 nəfəri elektrik cərəyanı vurub.

Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişənlər Bağırov Əkbər, Məmmədov İsmət və Böyükkişiyev Adil adlı şəxslərdir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin