Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Manset.az Report-a istinadən xəbər verir ki, 150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin, 2000-ci il təvəllüdlü Əli Şahin oğlu Babayev xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.