İlham Əliyevdən Şuşanın azad edilməsi ilə bağlı PAYLAŞIM
8 Noyabr 2024
09:10 - 3 Oktyabr 2024
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ruandada xəstəliyin ilk halları qeydə alındıqdan sonra yeni Marburq virusu epidemiyası təhlükəsi barədə məlumat yayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hazırkı məlumata görə, yoluxmaların əksəriyyəti Ruandanın paytaxtı Kiqalidəki iki səhiyyə müəssisəsinin tibb işçiləri arasında qeydə alınıb.
ÜST-ə görə, epidemiya riski regional səviyyədə çox yüksək, lakin qlobal səviyyədə aşağıdır.
Hazırda 27-dən çox yoluxma və 9 ölüm hadisəsi qeydə alınıb. Marburq virusu infeksiyası 88% halda ölümlə nəticələnir.
Hazırda Marburq virusu üçün peyvənd yoxdur. ÜST Ruanda ilə sərhəddə epidemioloji nəzarət üçün əlavə tədbirlər görməyi tələb edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin