“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizi möhtəşəm Zəfərimizə doğru aparan mühüm qələbə idi. Bununla belə, II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri məhz 4 oktyabr tarixidir.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov bildirib ki, 2020-ci ilin oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. “Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərmişdir. Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan çox böyük önəm kəsb edirdi. Bu parlaq qələbə Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi vurğuladı. Həmin tarixi zəfər günündən artıq dörd il keçir. Dörd ildir ki, Azərbaycan zəfər yolu ilə, dinc quruculuq yolu ilə inamla irəliləyir və öz nailiyyətləri ilə beynəlxalq aləmdə tutduğu mövqelərini möhkəmlətməkdə davam edir.”
Millət vəkili vurğulayıb ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “Əlbəttə ki, Cəbrayılın azad edilməsindən danışarkən, həmin hadisədən dörd il əvvəl, 2016-cı il aprel ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını da mütləq xatırlamaq lazımdır. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın önəmli qələbəsi idi. Diqqətəlayiq haldır ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıdan başlamışdır”.
“Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb” - Kamaləddin Qafarov
10:39 - 04 Oktyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
12 Sentyabr 2026 - 09:17
KXDR Yapon dənizinə ballistik raketlər buraxdı
12 Sentyabr 2026 - 10:46
Şəkidəki “Zipline” faciəsi ilə bağlı daha bir gözdən qaçan detal
12 Sentyabr 2026 - 09:27
“Kəpəz” “Qəbələ”yə, “Sumqayıt” “Şamaxı”ya qarşı
12 Sentyabr 2026 - 12:23
İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ
12 Sentyabr 2026 - 13:14
Qohumların yanında arvadını boğdu - Öldüyünü düşünüb polisə təslim oldu
12 Sentyabr 2026 - 11:08
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
12 Sentyabr 2026 - 09:41
Dənizə getmək istəyənlər XƏBƏRDARLIQ
12 Sentyabr 2026 - 10:06
Rusiyanın zavod və aerodromu vuruldu
12 Sentyabr 2026 - 11:42
Həmyerlimiz PUA hücumunda həlak oldu - FOTO
12 Sentyabr 2026 - 09:52
1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı
12 Sentyabr 2026 - 12:59
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu Andriya Bartişvili ilə müqavilə imzaladı
12 Sentyabr 2026 - 12:34
Sabahın hava proqnozu AÇIQLANDI
Xəbər xətti
- 13 Sentyabr 2026
- 09:15 İsmayıllıda avtomobil qəzası - Ölən var
- 09:00 Bu prospektdə təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
- 08:50 Türkiyədə ağır yol qəzası - Onlarla insan xəsarət aldı
- 08:30 Bacı-qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti
- 08:00 Nar şirəsinin orqanizmə inanılmaz faydaları
- 01:30 Gecə yatarkən bunu etməyin - Ürəyə ziyandır
- 00:30 Üzdəki bu ləkəyə diqqət edin
- 12 Sentyabr 2026
- 23:36 Şəmkirdə TIR minik maşını ilə toqquşaraq aşdı
- 23:18 Gürcüstanın keçmiş müdafiə naziri həbs edildi
- 23:00 “Bakı Metropoliteni”ndə yeni TƏYİNAT - FOTO
- 22:47 Sumqayıtda evdən meyit tapıldı
- 22:29 "İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərdi" - Tasnim
- 22:16 "Sumqayıt" "Şamaxı" ilə heç-heçə etdi
- 21:59 İran və Oman Hörmüzdə yekun razılaşma əldə etdi
- 21:45 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanıldı
- 21:29 17 yaşlı gənci “KamAz” vurdu
- 21:16 Bakıda kişi səs-küyə yuxudan oyanıb qardaşını döydü
- 20:52 Yəmənin ordusu husilərə zərbələr endirdi
- 20:33 "Kəpəz" "Qəbələ"yə qalib gəldi
- 20:17 İran və regional dövlətlər Hörmüzü müzakirə edəcəklər
- 19:53 Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - VİDEO
- 19:32 140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə - Bakıda bir araya gəldi
- 19:15 Qubada 2 avtomobil toqquşdu - Yaralılar var
- 18:51 "Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev
- 18:34 Bu gün Bakının 550 küçəsi yuyuldu - FOTOLAR
- 18:16 Ötən gün axtarışda olan 114 nəfər saxlanıldı
- 17:49 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başladı - FOTOLAR
- 17:32 Rusiyada təyyarə qəzaya uğradı - Ölənlər var - FOTO
- 17:14 “İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə
- 16:51 Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi
- 16:33 Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak etdi - FOTOLAR
- 16:16 Diplomatlar “İstisu” mineral su zavoduna baş çəkdilər - FOTOLAR
- 15:52 Ağdamda qadın həşərat dərmanından zəhərləndi
- 15:31 Qatarın relsdən çıxdı - 44 nəfər yaralandı
- 15:12 Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində - FOTOLAR
- 14:46 Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - VİDEO
- 14:27 Birinci sinfə qəbul yenidən aktivləşir
- 14:14 Ötən gün 9 odlu silah aşkarlandı
- 13:55 Ombudsman Səbinə Əliyeva: “Mən də bütün azərbaycanlılar kimi millimizin azarkeşiyəm” - MÜSAHİBƏ
- 13:32 Mağazadan 20 min oğurluq edən şəxs saxlanıldı - VİDEO
- 13:14 Qohumların yanında arvadını boğdu - Öldüyünü düşünüb polisə təslim oldu
- 12:59 "Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu Andriya Bartişvili ilə müqavilə imzaladı
- 12:46 Mağazadan 18 min manatdan çox pul oğurlanıdı
- 12:34 Sabahın hava proqnozu AÇIQLANDI
- 12:23 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ
- 12:13 "Azərbaycan dövləti tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir" - Hikmət Hacıyev
- 11:55 Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanıldı - Azərbaycanlı da var
- 11:42 Həmyerlimiz PUA hücumunda həlak oldu - FOTO
- 11:21 Azərbaycan nefti rekord qiymətə satılır
- 11:08 Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
- 10:55 Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı