Xəzər dənizində naməlum varlıq görüldü: İnsanlar təlaşda - VİDEO
10 Noyabr 2024
19:09 - 7 Oktyabr 2024
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda təmir işlərinin icrası davam etdirilir.
Manset.az xəbər verir ki, bu çərçivədə Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20-23-cü km-lik hissəsində təmir işləri davam etdirilir.
Təmir işləri çərçivəsində Kövkəb Səfərəliyeva küçəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20-23-cü km-lik hissəsində isə frezlənmə işləri icra olunub. Hazırda ərazidə asfaltlanma işləri davam etdirilir.
Qeyd edək ki, təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin